
DR. RAMİL QOCAYEV
Dermatokosmetoloq
Təhsili:
- 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirib;
- 2000-2001- ci illərdə Rusiya, Saratov şəhəri dermatovenerologiya üzrə internatura keçmişdir.
Haqqında:
- 2001-ci ildəTürkiyədə həkim-dermatoloq olaraq fəaliyyət göstərib;
- 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən birində Həkim-Tibb xidmətinin Baş Leytenantı olub.
- 2003-cü ildə Bakı şəhəri 12-saylı poliklinikasında Dəri-Zöhrəvi həkim olaraq çalışmışdır.
- 2003-2007-ci illərdəBakışəhəri VIVA Tibb Mərkəzində Dəri-Zöhrəvi həkimi olaraq çalışıb.
- 2008-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Diplomdansonrakı Təhsil Tibb Akademiyasının terapevtik kosmetologiya fakültəsində təkmilləşmə (trixologiya, botoks, mezoterapiya, konturplastika, lazer və fotomüalicə) kursu keçib.
- 2011-ci ildən EAACİ (European Academy of Allergy and İmmunology)-nin üzvüdür.
- 2013-cü il Türkiyə İstanbul özəl Kadıoğlu Hastanesi Dr.Serkan Aygin mərkəzində Saç Əkimi kursu keçib.
- 2013-ci ildən EADV (European Academy of Dermatology and Venerology)-nin üzvüdür.
- Azəbaycan Dermatoveneroloqlar Cəmiyyətinin üzvüdür.
Məşğul olduğu sahələr:
- Dermatoloji və veneroloji xəstəliklərin müalicəsi.
- Çapıqların, tatuların, dəritörəmələrinin və s. aradan qaldırılması.
- Saç və qaş əkimi (FUE üsulu ilə).
- Botoks, konturplastika, mezoterapiya, PRP və s. Inyeksiyalar.
- Lazer və foto epilyasiyalar.
- Üz hamarlanması (fraksiyonal CO2lazerlə).
- Piqment ləkələrin müxtəlif üsullarla müalicəsi.
- Üzdə kapilyarların cihazlarla birdəfəlik ləğv edilməsi.
Sacekimi.az Haqqında
Saytımızın əsas məqsədi saç tökülməsi yaşayan şəxslərə prosedurdan əvvəl lazım olan məlumatları sadə dildə çatdırmaq və Bakıda saç əkimi ilə bağlı seçim edərkən daha doğru qərar vermələrinə kömək etməkdir.
Bizim üçün əsas yanaşma yalnız saç əkimi xidmətini təqdim etmək deyil, həm də pasiyentin prosedur haqqında real təsəvvürə sahib olmasını təmin etməkdir. Saç əkimi fərdi planlama tələb edən estetik və tibbi prosedurdur. Buna görə də hər bir şəxsin saç tökülmə dərəcəsi, donor nahiyəsi, üz quruluşu və gözləntisi ayrıca qiymətləndirilməlidir.
Sacekimi.az olaraq təbii görünüş, düzgün saç xətti və uzunmüddətli nəticə prinsiplərini ön planda saxlayırıq. Saç əkimi zamanı əsas məqsəd sadəcə boş sahələri saçla doldurmaq deyil, insanın üz formasına uyğun, təbii və estetik görüntü yaratmaqdır.
Saytımızda saç əkimi üsulları, qiymətə təsir edən amillər, prosedurdan əvvəl və sonra diqqət edilməli məqamlar haqqında faydalı məlumatlar təqdim olunur. Məqsədimiz istifadəçilərə şişirdilmiş vədlər vermək yox, onları düzgün məlumatlandırmaq və peşəkar yanaşmaya yönləndirməkdir.